Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Azərbaycanda iki qardaş bıçaqlanıb, onlardan biri ölü

Lənkəranda qətl hadisəsi baş verib.

Hhadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Cəbrayıl İlqar oğlu Ağayev şəxsi münaqişə zəminində həmyerliləri olan iki qardaşı - 1989-cu il təvəllüdlü Camal və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu Məmmədovları bıçaqla vuraraq, onlara müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

Hər iki yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Camal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda MRX-nin cərrahiyyə şöbəsinə yerləşdirilmiş Kamal Məmmədovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəbrayıl Ağayev yaxalanıb./apa/
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber