Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Bakıda partiya sədrinin qızı oğurlanıb döyüldü - fakt

Şah İsmayıl Xətai adına Azərbaycan Demokrat Partiyasının sədri Babək Ədalətlinin qızı nəməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə xəbəri azadliq.info-ya hazırda həbsdə olan partiya sədrinin oğlu Emil Ədalətli verib.

Emil Ədalətlinin bildirdiyinə görə, dekabrın 24-də saat 18:00-da bacısı işlədiyi uşaq bağçasından çıxıb evlərinə gedərkən Səbayel rayonu ərazisində dörd nəfər nəməlum şəxs onun başına torba keçirərək oğurlayıb: “Qızı döyərək maşına otuzdurub, ”növbə sənin atanın, qardaşının və qardaşının övladlarınındır" deyib, əllərində olan silahın arxası ilə başına vurub yolun kənarına atıblar".

Məhbus partiya sədrinin qızı Musa Nağıyev adına xəstəxanada həkim nəzarətindən keçib.
973 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38