Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

“İndi hökumət ya Xədicə xanımı dərhal azad etməli, ya da...”

AXCP sədri Əli Kərimli jurnalist Xədicə İsmayılın həbsinə vasitə olmuş Tural Mustafayevin öz şikayətini geri götürdüyünü bəyan etməsi ilə bağlı fikirlərini paylaşıb. AXCP lideri facebook səhifəsində yazıb ki, bu hadisə əslində həm də prosesə ilahi müdaxilədir:

“Tural Mustafayev hətta həbsi bahasına da olsa, Xədicə İsmayıla qarşı ərizəsindən imtina edəcəyini öz facebook profilində yazandan dərhal sonra onun həbs olunduğu xəbərinin yayılması təkcə rejimin tam ifşası deyil, həm də artıq prosesə böyük yaradanın müdaxiləsinin anonsudur.

Kimin ağlına gələ bilərdi ki, hakimiyyətin Xədicə xanıma qarşı istifadə etdiyi Tural özü rejimin əsas ifşaedicisinə çevriləcək? Hökumət gözlədiyi təhlükələrin qarşısını ala bilər, bəs gözləmədiyi zərbələrlə nə edəcək? Zülmün ərşə dirəndiyi məmləkətdə isə rejim belə sürpriz zərbələrlə tez-tez qarşılaşmalı olacaq.

Turalın bundan sonra, təzyiqlərin nəticəsində nə deməsi heç nəyi dəyişməyəcək (Hərçənd ortada onun səs yazısı da var). Hətta Turalın ərizəsindən imtinasının motivi də önəmli deyil və heç nəyi dəyişməyəcək. Fakt budur ki, rejim Xədicə xanımdan qisas almaq üçün Turalın polisə müraciətindən bəhanə kimi istifadə edib. İndi artıq o bəhanə yoxdur. Tural ərizəsindən imtina edir. Hökumət ya Xədicə xanımı dərhal azad etməli, ya da hüququ saymadığını, vətəndaşları ilə quldur kimi rəftar etdiyini etiraf etməlidir”./azadlıq/
978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber