Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2014

Şimali Koreya Obamanı təhqir etdi

Şimali Koreyanın dövlət müdafiə komitəsinin nümayəndəsi ölkə ərazisində internetin işindəki pozuntulara görə ABŞ-ı günahlandırıb və ABŞ prezidentinin hərəkətlərini tropik meşəsindəki meymunun davranışı ilə müqayisə edib.

RİA Novosti bildirir ki, Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi adı çəkilməyən nümayəndənin sözlərini sitat gətirib: “Obama həmişə sözdə özünü ehtiyatsız, əməldə isə tropik meşəsindəki meymun kimi aparır”.

Qeyd edək ki, ABŞ “Sony Pictures”ə qarşı kiber hücumu cavablandıracağını vəd etdikdən sonra Şimali Koreya saytlarının işində pozuntular yaranıb. Ancaq Amerika hökuməti bu pozuntularla hər hansı bir əlaqəsi olub-olmaması haqqında məlumat verməkdən imtina edib.

Şimali Koreya da öz növbəsində “Sony Pictures”ə qarşı kiber hücumda əli olduğunu inkar edir, lakin Kim Çen İna sui-qəsdi təsvir edən qalmaqallı “İntervü” (“The Interview”) komediyasına qarşı hiddətini bildirməkdə davam edir./axar/
1005 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP