Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

Qarabağın işğalı belə başladı

Şuşanın işğalına yol açan bir tarixin növbəti ildönümü ərəfəsindəyik. Sabah Kərkicahanın işğalından keçən 23 ili tamamlayacağıq. Kərkicahanın işğalı Ermənistanla qeyri bərabər döyüşlərlə yanaşı, 100-dən çox insanın itkisi ilə tarixə düşdü. Həmin tarixi Ləman Ələşrəfqızı ANS-in qızıl fondundakı kadrların izi ilə canlandırıb.

1991-ci ilin sonlarına doğru Dağlıq Qarabağ bölgəsində vəziyyət çox mürəkkəb idi. İlin sonu Kərkicahanın işğalı ilə yadda qalır. Dekabrın 28-i Xankəndi ərazi vahidliyinə daxil olan Kərkicahanı döyüşçülərimiz itirirlər. ANS-in çəkiliş qrupunun o vaxt Kərkicahanda apardığı çəkilişlər bu gün də qızıl fondda qalır. Deməli,Kərkicahan məğlubiyyətinin səbəbləri də. Hər cür müasir texnika və silahla təmin edilən erməni ordusuna qarşı bizimkilər ən yaxşı halda bu cür silahlarla çıxırdılar.

Kərkicahanı xüsusilə kənd camaatı müdafiə edirdi. Bu gün Şəhidlər Xiyabanında uyuyan Natiq, Gündüz və onlarla belə oğullar...

Bu köməyin sayəsində ermənilər itki verib geri çəkilirlər. Amma nə mənası, sabah -biri gün başqa bir hücumla Kərkicahan yenə alınır, Ümumiyyətlə dekabrın sonlarından yanvarın ortalarına qədər Kərkicahan düz üç dəfə əldən ələ keçir.

Şuşa ilə Xankəndi arasinda yerləşən və 3 dəfə əldən ələ keçən Kərkicahandan bu dağilmiş evlərin pəncərələrindən və bir də bu siniq salxaq avtomatlarin nişangahindan isə Qarabağin itirilməsi görünürdü. Özü də açiq-aydin görünürdü.

Beləcə Kərkicahan işğal olundu. Ardini isə bilirsiniz. Mən isə bir şeyi bilmirəm ki, niyə Kərkicahan hər il Şəhidlər Xiyabaninda axtarilir? Özü də cəmi cümlətani 3-5 nəfərlə? Çətin sual oldu deyilmi?
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber