Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

"Bu, hakimiyyətin sonunu yaxınlaşdıran prosesdir"

Əlövsət Əliyev: "Bir dəmir əl baş verənləri dayandırmalıdır, yoxsa..."

Almaniyada yaşayan tanınmış hüquqşünas, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev "Azadlıq radiosu"nun Bakı ofisinin fəaliyyətinin dayandırılmasına Moderator.az-a açıqlamasında maraqlı şərh verib:

"Hakimiyyət bu addımı atmalı deyildi. Birincisi, "Azadlıq Radiosu" kifayət qədər obyektiv araşdırmalar aparan tərəfsiz və qərəzsiz fəaliyyət göstərirdi. Bütün məsələlərin müzakirəsinə tərəf kimi hakimiyyət təmsilçisini də dəvət edir və tərəflərə bərabər şərait yaradılırdı. Məni hətta bunun siyasi tərəfini bir kənara qoyaraq azad mətbuat orqanı kimi fəaliyyət göstərən və hər bir əməkdaşı ilə tərəfdaşlıqdan zövq aldığım mətbuat orqanı idi "Azadlıq Radiosu". Orada gənclər öyrənir, təcrübəlilər həqiqətən öyrədirdi. Eyni zamanda insanlar evlərini normal və halal yeni maaş cədvəlindən gizlədilən "paket"lə deyil, maaş cədvəlinə imza etməklə maaş alırdılar.

Hakimiyyət onu bağladısa, onlar daha effektli fəaliyyəti Tiflisdə göstərəcəklər. 1988 -ci ildə "Azadlıq radiosu"nun sərhədləri daha uzaqda olsa da səsini eşidə bilirdik. İndi də məkan dəyişəcək, fəaliyyət isə daha kəskin davam edəcək. Məncə hakimiyyət və ya buna qərar verənlər əl saxlamalı və düşünməlidilər. Baglamaq, qovmaq, həbs etmək, pulla insanları ələ almaqla, insanları saxta sübutlarla və yalancı şahidlərlə həbs etmək yolverilməzdir. Bu, hakimiyyətin sonunu yaxınlaşdıran prosesdir. Azərbaycanda bu hakimiyyətdə təmsil olunmayanların demək olar ki, hamısı artıq bunlardan ciddi ziyan görüb. Bir dəmir əl baş verənləri dayandırmalıdır. Yoxsa...
1145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı