Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

Xədicə İsmayıla qarşı əməliyyat ifşa olundu

Jurnalistin həbsinə vasitə olan adam şikayətini geri götürdüyünü elan etdi və dərhal onu tutdular

Araşdırmaçı jurnalist Xədicə İsmayılın onu intihar həddinə çatdırdığı haqda şikayət verib jurnalistin həbsinə vasitə olan Tural Mustafayev sensasiyalı açıqlama yayıb. O, dekabrın 27-i saat 11 radələrində özünün facebook səhifəsində qeyd paylaşıb ki, Xədicə İsmayıla qarşı ərizəsini geri götürmək istəyir və buna görə də təcili vəkil axtarır.

"Müstəqil vəkillərdən kömək istəyirəm. Xədicə Ismayila qarşı verdiyim şikayət ərizəsin geri götürürəm. Kimsə təcili kömək eləsin. Həbs təhlükəsi var.
Qorxu həbs olunmağım deyil, sadəcə vaxt edib şikayət ərizəsin götürməmiş həbs oluna bilərəm.
Bəyan edirəm Xədicə Ismayila qarşı verdiyim ərizəni geri götürmək istəyirəm və bunu edəcəm", - deyə T.Mustafayev profilində ard-arda yazıb.

Bundan təxminən yarım saat sonra T.Mustafayev belə bir qeyd paylaşıb: "Artıq sahə müvəkkili məni axtarır. Atama zəng olunmuşdu. Evdə olduğumu bilirlər. Indilərdə gələrlər".

Bu qeydindən 5 dəqiqə sonra isə o, yazır: "Saxlanıldım!!!".
889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 09:08