Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Avropa məhkəməsinə 500 dək şikayət daxil olur

İl ərzində Azərbaycandan Avropa məhkəməsinə 500 dək şikayət daxil olur
Avropa Şurası Azərbaycanda vəkillər və hüquq müdafiəçiləri üçün təlimlərə start verib

Ölkəmizdə məhkəmələrin və hakimlərin müstəqilliyinin təmini üçün mütamadi olaraq tədbirlər həyata keçirilir. Bunun məntiqi nəticəsidir ki, son illər vətəndaşların məhkəmələrə müraciətlərinin sayı çoxalıb. Nəticə etibarı ilə isə beynəlxalq normativ sənədlər Azərbaycan qanunvericilik sisteminə daxil olub. Avropa Məhkəməsinin presedentləri də qanunvericilik sisteminə daxil edilib. İl ərzində Azərbaycandan Avropa Məhkəməsinə 500-dək şikayət daxil olur.

Son zamanlar vəkillik sahəsində olan neqativ hallar və ölkə vətəndaşlarının avropa məhkəmələrinə edilən şikayətinin həlli yollarından diqqət mərkəzindədir.

Qeyd edək ki, Azərbaycanda kifayət qədər hüquqşünas var və bu sahədə təhsil alanların sayı da az deyil. Bütün bunları nəzərə alan Avropa Şurası Azərbaycanda vəkillər və hüquq müdafiəçiləri üçün təlimlərə start verib. Təlimin mövzusu Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının (YBASX) tətbiqi və ayrı-seçkiliyin qadağan olunması standartlarıdır.

Təlimdə 30 vəkil və hüquq müdafiəçisi iştirak edir./interaztv/
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20
Çörək d