Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

Qara qızıl üstündə yatan biçarə balaxanılılar

Neftlə zəngin olan Balaxanı sakinləri çörək pullarını zibili çeşidləməkdən çıxarır. 

19-cu əsrdə ilk neft quyusu qazılan Balaxanıda indi yollar bərbad, küçələr zibillidi. Baxmayaraq ki, məşhur Balaxanı zibilliyini yığışdırmaq üçün "Təmiz şəhər" Zibilayırma Zavodu da məhz bu kənddə yerləşir. Kəndlilərin çörəyi də elə məhz o zavod üçün zibil çeşidləməkdən çıxır.
Balaxanıda maraqlı məqamlardan biri də evlərin həyətlərində neft quyularının olmasıdı. Kənd sakini Tərlan Rzayevin həyətyanı sahəsində nə az, nə çox, düz 7 neft quyusu var. Həmin bu həyətdə vaxtilə neft maqnatlarından olan babasının tikdirdiyi yaşı 150 ildən yuxarı olan hamam da mövcuddur. Hazırda hamam uçmaq təhlükəsi qarşısındadı:
“Bu hamam neçə nəsli yola verib. İndi uçub-dağılır. Həyətdə də neçə neft quyusu var. Divarlar da çatlayır. Nə qədər malalayırıq, torpaq tökürük xeyri yoxdu".
Həyətlərdə olan neft quyuları zaman-zaman kənd sakinlərinə problemlər yaşadır. Bəzi evlərdə dərin çatlar yaranıb, döşəmə çöküb, hətta pillələri batanlar da var.
Keçmişin neft maqnatlarının nəvələri olan kasıb kənd sakinləri kommunal xərcləri də pulsuzluq ucbatından ödəyə bilmədiklərini söyləyirlər.
Kəndin içi ilə addımladıqca kəndarası yolların bəzilərinin qum, bəzilərinin isə çala-çüxur olduğunu görürük. Sakinlərdən Kimya xala qənşərimizə çıxır. Kimya xala əvvəllər ən dövlətli kəndin Balaxanı olduğunu desə də, “indi ən kasıb, ən pulsuz, ən geridə qalmışıdı” deyə əlavə edir.
“Mənim atam təkbaşına mədəndə işləyib, 5 uşağı dolandırıb, qızlarını da təkcə öz qazancı ilə köçürüb. İndi hanı?”
Sakinlərdən Zakir Əliyev də evi qəzalı vəziyyətə düşənlərdəndi: “Hamamın döşəməsi çöküb, evin divarları da çatlayıb. Bilmirəm nə edim? İmkan da yoxdu düzəltməyə, istəyirəm fövqəladə hallara zəng edim. Bəlkə gəlib düzəltdilər…”
Vaxtilə yaşanan neft bumunun izlərinə kənddə hələ də rast gəlmək mümkündü. Keçmişdən qalan, hazırda divarları çatlayan evlər. Bu evlər digərlərindən tikilişinə görə kəskin fərqlənir - dar, ancaq hündür pəncərələri, fərqli memarlıq üslubu ilə. Heyif ki, indi bu cah-cəlaldan sadəcə uçmaq üzrə olan binalar qalıb.
Xülasə, qara qızılın üstündə yatan, ancaq onun xeyrini yox, zərərini görən balaxanılıların vəziyyətini bir yazıya sığdırmaq mümkünsüzdü. Odu ki, durumu fotolardan izləyin./civil-forum/


Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar
Qara qızıl üstündə yatan biçarə balaxanılılar


969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07
Bir günd