Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

Mandarin - ürəkaçan və baməz...

Mandarin ürəkaçan, baməzə bir meyvə kimi şöhrət tapıb. Mandarin təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir. Qərbi Ontario Universitetindən olan kanadalı alimlər təəccüblə müəyyən ediblər ki, mandarinin tərkibindəki böyük miqdarda nobitelin maddəsi insanın qanında xolesterinin və insulinin səviyyəsini xeyli azaldır. Bu isə o deməkdir ki, mandarindən istifadə ürək-damar xəstəliklərinin və diabetin qarşısının alınması üçün gözəl üsuldur.
Bundan əlavə, alimlər qeyd edirlər ki, mandarin bizim orqanizmimizi vitaminlərlə zənginləşdirir, iştahanı artırır və həzmi sürətləndirir.

İnsan üçün faydaları…
Bu meyvənin insan səhhəti üçün böyük xeyiri şübhəsizdir. Mandarin C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindir. Bundan əlavə mandarində kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri kimi, mandarin da hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir.
Mandarin maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir, ateroskleroz xəstəliyi ilə mübarizədə kömək edir. Onda olan xüsusi aminoturşular var ki, bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətinə görə mandarin bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.

Bu meyvə orqanizmi qurddan təmizləyir…
Mandarin qurdlar, göbələklər və mikroblar əleyhinə xüsusiyyətlərə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir.
Qış aylarında soyuqdəymə xəstəliklərinin sayı artır və bu zaman digər sitrus meyvələri ilə yanaşı mandarin bu xəstəliklərlə mübarizədə bizə kömək edir.

Mandarinin qabıqları insana xoş əhval gətirir
Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif üz üçün olan qidalandırıcı maskalara əlavə etmək olar.
Mandarin şirəsi insanın sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir və əhval-ruhiyyəni qaldırır. Bu meyvə əsl təbii antidepressantdır. Əhval-ruhiyyəniz pis olduqda mandarin qabıqlarını əlinizdə əzib iyləyin. Bir neçə dəqiqədən sonra siz hiss edəcəksiniz ki, həyat davam edir.

Bəzən insan üçün zərərli də ola bilər
Onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara zərər yetirə bilər. Bütün sitrus meyvələri kimi, mandarin da allergik xüsusiyyətlərinə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12 barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəlikləri olan insanlar bu meyvədən “sui-istifadə etməməlidir”.
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20
Əhali banklarda