Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

Misirdə bir polis öldü, biri yaralandı

Mütəxəssislər İŞİD-ə bağlı terrorçu qrupdan şübhələnir

“The Associated Press”in Qahirədən verdiyi xəbərdə deyilir ki, motosikletdə olan silahlı şəxs Misirin 2 polis zabitini güllələyib. Onlardan biri aldığı yaradan yerindəcə keçinib. Hadisə şəhər mərkəzindəki Sfinks meydanında şənbə günü günorta fasiləsi zamanı baş verib. Bu barədə Misirin dövlət agentliyi xəbər yayıb.

Heç bir təşkilat bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. Ancaq müşahidəçilər “Ənsar Beyt əl-Maqdis“ terrorçu qrupundan şübhələnir. Bu qrup Misirdə İŞİD-ə yaxınlığı ilə tanınır və tez-tez Sinay vilayətində polis və əsgərləri qətlə yetirir”.

Hökumət Milad bayramı ilə bağlı ölkədə təhlükəsizlik tədbirlərini gücləndirirb. Misir hərbçiləri prezident Məhəmməd Mursini devirdikdən sonra ölkədə terror hadisələrinin sayı artıb.
Bu il isə yeni hökumət Məhəmməd Mursini iqtidara gətirən “Müsəlman Qardaşları” təşkilatın terrorçu qrup elan edib.

Ancaq “Müsəlman Qardaşları” bu kimi hücumları bir qayda olaraq dərhal pisləyir və sülhpərvər bir imicdə özünü təqdim etməyə çalışır.

Hazırda Məhəmməd Mursi və onun yaxın ətrafı həbsdədir. Onların bir çoxu haqqında ölüm hökmü çıxarılıb./musavat/
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP