Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

ABŞ-da daha bir polisi güllələdilə

Amerikanın Flaqstaff şəhərində (Arizona ştatı) kişi polis zabitini güllələdikdən sonra özünü də öldürüb.

Hadisə şənbə günü, dekabrın 27-də, Bakı vaxtı ilə gecə yarısı baş verib.

Polisdə bir ilə yaxındır ki, çalışan 24 yaşlı Tayler Ceykob Stüart (Tyler Jacob Stewart) çağırış əsasında yaşayış evinə gəlib. Orada polis ev zorakılığında şübhəli bilinən kişini zərərsizləşdirməyə çalışıb. Cavabında cinayətkar atəş açıb.

"İlkin məlumata görə, kişi bir neçə dəfə polisə güllə atdıqdan sonra özünü öldürüb", - deyə, polis serjantı Marqaret Bentzen (Margaret Bentzen) bildirib. Stüart ağır vəziyyətdə xəstəxanaya aparılsa da, burada dünyasını dəyişib.

Qatilin şəxsiyyəti də müəyyənləşdirilib - bu, Preskott şəhərinin 28 yaşlı sakini Robert Smitdir (Robert W. Smith).
958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP