Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

"Azadlıq" radiosu‬ kütləvi şəkildə prokurorluğa çağırılır

"Azadlıq" radiosunun Bakı bürosu ətrafında araşdırmaların davam etdiyi bildirilir.

Bu barədə "Azadlıq" radiosu-nun facebook səhifəsində də məlumat paylaşılıb.

Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

"‪Azadlıq" radiosu‬nun Bakı bürosunun ofisinin möhürlənməsindən sonra əməkdaşlarımız kütləvi şəkildə prokurorluğa çağırılır.

Prokurorluq əməkdaşları hətta jurnalistləri gecə saatlarında da dindirməyə cəhd edirlər.

Jurnalistlər vəkillərinin iştirakı üçün vaxt istəsələr də onların hətta zorla dindirilməyə gətiriləcəklərini deyirlər.

Artıq əməkdaşlardan bir neçəsi, hətta müxtəlif bölgələrdə çalışan müxbirlərimizi yerli prokurorluqlara çağırıb dindirirlər..."
979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50