Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

Azərbaycanda maskalı şəxslər supermarketə basqın edib

Lənkəranda oğurluq hadisəsi baş verib.

Hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində yerləşən “Panda” supermarketində qeydə alınıb.

İki maskalı şəxs ticarət obyektinin qapısını sındırmaqla içəri daxil olub, oradan 130 manat nağd pul, mobil telefon sim kartları və 10 blok siqaret - ümumilikdə 3000 manatlıq malı götürərək qaçıblar. Oğruların hərəkətləri supermarketdə quraşdırılmış nəzarət kamerasına düşüb.

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda oğurluq edən şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində iş aparılır./apa/
1062 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:40