Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Qəzet-kitab satışı yasaqlanan metroda nələr satılır

“Metroservis”in rəhbəri “Vosmoy bazarı”nda kartof satdığını dedi

“Bizə deyirlər ki, piştaxtalarınızda qəzet, jurnal və kitabdan başqa nə istəsəniz sata bilərsiniz”
Təxminən bir ay öncə Bakı Metropoliteninin stansiyalarında “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin satışı əngəllənmişdi.  Hökumət, aidiyyəti qurumlar problemi həll etmək əvəzinə ötən həftə metroda qəzet satışını birdəfəlik yasaqladılar: “Yuxarıdan” gələn tapşırıqla “Metroservis” rəsmən qapadıldı, metrodakı qəzet, kitab satışı ilə məşğul olan köşklər boşaldıldı. Eyni zamanda “Qasid” firması da iflas həddindədir, qəzetlərə olan borcunu ödəyə bilmir. 

Qəzet satışına yaradılan əngəllər adıçəkilən mətbu orqanların külli miqdarda maliyyə itkisi ilə üzləşməsinə gətirib çıxarıb. 

Həmçinin qəzet satışının əngəllənməsi onlarla insanın işsiz, minlərlə paytaxt sakininin isə informasiyasız qalması deməkdir. İctimai qurumların, qəzetlərin mübarizəsi, çağırışları isə heç bir nəticə vermir. Əksinə, hakimiyyət təmsilçiləri deyir ki, guya qəzet satışına problem yaratmaq fikirləri yoxdur, sadəcə, metroda ticarət qanunsuzdur. Maraqlıdır, metroda yalnız qəzet-kitab satmaq qanunsuzdur? Axı bütün stansiyaların keçidlərində bütün növ mallar satılır...

Noyabrın 18-də Bakı Metropoliteninin bir neçə stansiyasında monitorinq keçirib vəziyyətlə maraqlandıq. Metro stansiyalarında, keçidlərdə gördüyümüz mənzərə isə vəziyyətin daha dramatik olmasından xəbər verir. Görünən budur verir ki, hakimiyyətin məqsədi azad mətbuatı sıradan çıxarmaqdan ibarətdir. Metro stansiyalarında yalnız qəzet-kitab satışına qadağa qoyulub. Hazırda metro stansiyalarının heç birində nə qəzet, nə də kitab tapmaq mümkün deyil. Hətta qəzet və kitab satışı ilə məşğul olan köşklərin bəzilərində bir günün içində dükan quraşdırılıb, pal-paltar, ayaqqabı satışına start verilib. Buna metronun “Elmlər Akademiyası”, “İnşaatçılar”, “Nəriman Nərimanov” stansiyalarında rast gəldik. Halbuki əvvəllər adıçəkilən ünvanlarda fəaliyyət göstərən piştaxtalarda satıcılar qəzet, jurnal, kitab və bu kimi məhsulların satışı ilə məşğul olurdular. Digər stansiyalardakı qəzet satışı ilə məşğul olmuş piştaxtalar da başqa ticarətçilər üçün icarəyə verilir. 

Bu barədə bizimlə söhbət edən satıcılar qadağanın yuxarılardan gəldiyini söylədilər. Onların sözlərinə görə, müxalifyönlü mətbu orqanların satışına qoyulan qadağalardan sonra indi də digər qəzetlərin, kitab və jurnalların satışı əngəllənib, çünki firma bağlanıb: “Ona görə də ticarət köşklərimizi bağlamağa məcbur olmuşuq. Bizə deyirlər ki, piştaxtalarınızda qəzet, jurnal və kitabdan başqa nə istəsəniz sata bilərsiniz”.
 
Adlarını açıqlamaqdan çəkinən satıcılardan qadağanın kimlərdən gəldiyini soruşduqda isə onların cavabı belə oldu: “Bizi cəncələ salmayın, onsuz da vəziyyətimiz yaxşı deyil. Gündəlik çörəyimizi burdan qazanırdıq, buranı da bağlayıb bizi qoydular işsiz. Hər halda, yuxarıların icazəsi olmadan belə bir işi görə bilməzdilər”.

***
Dünyanın ən inkişaf etmiş ölkələrində belə metro stansiyalarında qəzet və jurnal satışı ilə bağlı heç bir qadağa yoxdur. Bakı Metropoliteninin stansiyalarında isə qəzetlərdən başqa nə desən satmaq mümkündür. Stansiyalarda sıralanan piştaxtalarda pal-paltarlardan tutmuş müxtəlif daş-qaşlara, hətta alt paltarlarına kimi hər şey satılır. Daha “Binə” Ticarət Mərkəzlərinə getməyə lüzum yoxdur. Qəzet və kitabdan başqa ürəyin istəyən hər şeyi beş manat ucuz və ya bahasına metro stansiyalarından almaq mümkündür. Hətta metronun “Koroğlu” stansiyasında çayxana və kafelər də fəaliyyət göstərir, burada göyərti də satılır... 

İnformasiyadan, bilgidən məhrum olan, qadağalarla yaşayan xalqın isə gələcəyi haqda proqnoz vermək heç də çətin deyil.

Metro stansiyalarında mətbuat yayımı ilə məşğul olmuş  “Metroservis” firmasının rəhbəri Bəkir Cəfərovla da əlaqə saxladıq. “Metroservis” rəhbəri işinin çoxluğu üzündən suallarımızı cavablandırmaqdan imtina etdi. İşlərinin nədən ibarət olduğuna gəlincə isə Bəkir Cəfərovun cavabı belə oldu: “Hazırda ”Vosmoy bazarı" nda  kartof satıram".
- Bəlkə gələk bir yerdə sataq o kartofu?
- Hə, pis olmazdı... 
Və telefon qapanır.  /musavat.com/ 

 

 



2167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:01
Bahalığa