Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2014

Hərbi doktrina müharibə ehtimallarını gücləndirir

Rusiya Prezidenti Vladimir Putin yeni hərbi doktirnanın imzalanması ilə NATO-nu əsas düşmən elan edib.

Qərbi isə gələn il Putinin hakimiyyətdən gedib-getməməsi maraqlandırır.

Rusiya ilə Qərb arasında qisas müharibəsi yenidən alovlanıb. Putinin imzaladığı yeni hərbi doktrinada ölkə üçün ən böyük təhdid NATO elan edilib. NATO-nun ordunu Rusiya sərhədlərinə qədər yeritməsi, üstəlik Ukraynanı tərkibinə qatmaq istəyi hərbi doktrinada yeniliklər edilməsinə gətirib çıxarıb. Bundan başqa, Rusiya sərhədlərində NATO-nun potensialının gücləndirildiyi, raket hücumundan müdafiə sisteminin qlobal yerləşdirilməsi istiqamətində fəal işlərin həyata keçirildiyi vurğulanır.

NATO-nun Rusiyanı hədəf alaraq Yaxın Şərq, Əfqanıstan və Mərkəzi Asiya üzərindən də təzyiq planlarını həyata keçirməyə başladığı iddia edilir.

Xatırladaq ki, iki gün əvvəl Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının hərbi doktrinası” haqqında yeni fərman imzalamışdı.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13