Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Goranboyun icra başçısı şikayətçi fəhlələri həbs etdirmək istəyir

Goranboyun icra başçısı Nizaməddin Quliyev hazırda həbsdə olan sahibkar Müqayis Verdiyevin işçiləri tərəfindən ifşa olunmasından təşviş keçiri. Qeyd edək ki, bir neçə gün əvvəl Müqayis Verdiyevin işçiləri İstiqlal.az-a müraciət edərək Hizaməddin Quliyevin müavini Baxış Abdullayev tərəfindən öyrədilərək iş adamına qarşı çıxdıqlarını bildirirdilər. İşçilər bildirirdi ki, əslində Müqayis Verdiyev onların pulunu tam ödəyib. Onların bu müraciətindən sonra icra başçısı hücuma keçib. Fəhlələrə ciddi təzyiqlər olunub, lakin onlar mövqelərindən geri çəkilməyib.
Hizaməddin Quliyev ifşa olunduğunu görüb vəziyyətdən çıxmaq üçün müxtəlif planlar cızır. Bəzi iddialara görə, icra başçısı fəhlələrdən bir neçəsini sutkalıq həbs etdirərək onları qorxutmaq istəyir. Lakin Hizaməddin Quliyev bu addımın əks-effekt verəcəyini də düşünür. Hazırda icra başçısının çətin vəziyyətdə olduğu deyilir. Çünki Hizaməddin Quliyevin bu məsələdə ifşası onun karyerasına son qoyulması ilə nəticələnə bilər. Axı Müqayis Verdiyevin həbsi də ən qalmaqallı hadisələr sırasına daxildir və daim ictimaiyyətin diqqətində olan məsələdir. Hizaməddin Quliyev saxta ifadələrlə "yuxarıları" Müqayis Verdiyevin təqsirkar olmasına inandıra bilmişdi. Amma artıq ifşa mərhələsi başlayıb. Fəhlələr ifadələrindən imtina edir və aldadıldıqlarını deyirlər. Əgər bu məsələdə Hizaməddin Quliyevin vəzifə səlahiyyətlərindən istifadə edərək bir sahibkarın həbsinə nail olduğu bütün çılpaqlığı ilə üzə çıxsa, o zaman icra başçısının aqibəti yaxşı olmaya bilər.
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı