Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

​Əlcəzair OPEK-i neft hasilatını azaltmağa çağırıb

Əlcəzairin neft sənayesi naziri Yusif Yusifi neft hasilatını azaltmaq və bu şəkildə onun qiymətini qaldırmaq çağırışı ilə OPEK-in iştirakçı ölkələrinə müraciət edib.
"Bizə elə gəlir ki, OPEK disbalansın düzəldilməsinə müdaxilə etməli, qiymətləri qaldırmaq üçün hasilatı azaltmalı və öz üzv ölkələrinin gəlirlərini müdafiə etməlidir", - "Report" BBC-yə istinadən Yusifinin sözlərini sitat gətirir.
Məlumatda qeyd olunur ki, Əlcəzair neftin qiymətinin düşməsi səbəbindən iqtisadi çətinlik hiss edir. Çünki ölkə büdcəsinin 60%-ni neft satışından əldə olunan gəlirlər təşkil edir.
1070 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma
18.10.17, 09:32