Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

"İŞİD" Kobanidə uğursuz həmlə edib, xeyli itki verib

“İŞİD terror təşkilatı ötən gün yenidən Hələbin Kobani şəhəri ərazisində irimiqyaslı hücuma keçib, amma itkilər verərək geri çəkilib.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, "İŞİD" terror təşkilatı ilk növbədə bir tunisli üzvü vasitəsilə kamikadze əməliyyatı həyata keçirib və hücuma keçib. Lakin, ağır itkilər verərək geri çəkilməli olub.

Bu arada müttəfiqlərin hərbi təyyarələri də, Kobanidə "İŞİD" mövqelərinə aviazərbə endiriblər.

Müttəfiqlər ər-Riqqa və Jarablus şəhərlərində də terrorçuların mövqelərinə aviazərbələr endiriblər.

Suriya dövlət agentliyi "SANA"nın məlumatına görə ordu ölkənin şimal şərqində Həsəkə əyalətinin cənubunda və Dəməşqətrafı əyalətdə, Dirazzur hava limanı ətrafında "İŞİD" terror təşkilatına ağır zərbələr vura bilib. Hərbi mənbələr Dəməşqətrafı əyalətin Xan-şeyx bölgəsində 34 nəfərdən ibarət olan və əsasən, əcnəbi döyüşçlərin olduğu bir dəstənin məhv edildiyini deyiblər.
1040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07