Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Moskvada miqrantların sayı hesablanıb

Ən çox miqrant Tverskoy rayonundadır

İnterAz-ın Rusiya bürosunun verdiyi xəbərə görə, Federal Miqrasiya Xidməti “Kommersant” qəzetinin sorğusuna cavabında göstərir ki, şəhərin Tverskoy rayonunda qeydə alınmış qastarbayterlərin sayı məlum olaylar yaşanan Qərbi Biryulevodan 20 dəfə çoxdur.

Biryulevodakı hadisələrdən sonra belə bir fikir formalaşdı ki, Moskvanın digər ətraf rayonları yeni millətlərarası münaqişələrin ocaqlarına çevrilə bilər. Lakin statistika bunun əksini göstərir – rəqəmlər sübut edir ki, paytaxtın mərkəzində daha çox miqrant var. Federal Miqrasiya Xidmətinin məlumatı yalnız rəsmən qeydə alınmış miqrantlara aid olsa belə, bu Rusiya paytaxtındakı mənzərəni əyani şəkildə nümayiş etdirir.

Misal üçün, millətçilərin hücum etdiyi “Pokrov” bazasının yerləşdiyi Qərbi Biryulevoda cəmi 11 186 nəfər miqrasiya qeydiyyatındadır. Hər il “Rus marşı”-nın keçirildiyi Lyublino rayonunda 23 209 miqrant qeydə alınıb. Maryinoda 2 442 qastarbayter leqallaşdırılıb. Dağıstanlıların yerli polislərlə davasından sonra məşhurlaşan “Matveyevski” bazarının yerləşdiyi Oçakovo-Matveyevski rayonunda 4 411 gəlmə qeydə alınıb.

Şəhərin rayonları arasında lider – mərkəzdəıki Tverskoy rayonudur. Burada 191 398 miqrant qeydiyyata düşüb. FMX-nin Moskva üzrə idarəsində bu faktı onunla izah edirlər ki, Tverskoy rayonunda ənənəvi olaraq iş fəallığı yüksəkdir. Şəhərin başqa rayonları bu göstəriciyə görə geri qalır.

Qərbi Biryulevoda cinayətkarlığa gəlincə, şəhər polis idarəsinin məlumatına görə, o, orta səviyyədədir. Ötən il 10 min nəfərə orada 119 cinayət qeydə alınıb ki, onlardan da 42-i ağır və xüsusi ağır olub. Kriminal statistikanın lideri də şəhərin mərkəzi – Tverskoy rayonudur. Ötən il burada 10 min nəfərə 229 cinayət qeydə alınıb ki, onlardan 86-ı ağır və xüsusi ağırdır.

Ağır cinayətləri törədən əsasən miqrantların bildirildiyi mülahizəni Sankt-Peterburqdakı Avropa Universitetinin əməkdaşlarının tədqiqatı təkzib edir. Ksenofobiyanın digər səbəbi kimi Moskva “ucqarlarında” sosial infrastrukturun olmaması hesab olunur. Ancaq həmin Biryulevonu şəhərin uğursuz və kasıb rayonlarına aid etmək olmaz. Sakinlərin narazılığı əsasən məhz paytaxt bazarları ilə bağlıdır.
1537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04</