Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Xeyirli salatlar

Yeni il yaxınlaşır və bu o deməkdir ki, hər evin bayram süfrəsində müxtəlif salatlar olacaq.

Lakin adətən bayram süfrəsinə verilən salatlar heç də xeyirli olmur - çox sayda  və bir-biri ilə uyğun olmayan inqrediyentlər və üstəlik ən ziyanlı souslardan biri sayılan mayonez.

Biz sizə həm dadlı, həm də xeyirli salatların reseptlərini təqdim edirik. Bu salatlar ağırlıq yaratmır, kökəltmir, çox asan mənimsənilir. Bütün salatlar həm çox gözəl və rəngarəngdirlər.


1. "Vineqret"

b_400_280_16777215_0___images_stories_METBEX_salat1.jpeg

İnqrediyentlər:

- kartof - 2 dənə

- çuğundur - 2 dənə

- kök - 2 dənə

- duza qoyulmuş kələm ("molokan" kələmi) - 150 qr

- duza qoyulmuş xiyar - 3 dənə

- lobya - 1/2 stəkan

- qırmızı soğan - 1 dənə

- bitki yağı, duz, istiot (zövqə görə).

Hazırlama:

1. Kartof, kök, çuğundur bişirilir və soyulur. (Çuğundur ayrı bişirilir.)

2. Lobya axşamdan suda isladılır və yumşaq olana kimi bişirilir.

3. Kartof, kök, çuğundur kub şəklində doğranılır. Soğan və xiyar xırda doğranılır.

4. Duzlu kələm doğranılır.

5. Bütün ingrediyentlər qarışdırılır. Duz və istiot vurulur və yenə də yaxşı qarışdırılır.

6. Bitki yağı qabda bir qədər qızdırılır və salata əlavə olunur. Salat yenə də yaxşı qarışdırılır.

 


 

2. Göbələk salatı

b_400_280_16777215_0___images_stories_METBEX_salat2.jpeg

İnqrediyentlər:

- kələm - 200 qr,

- təzə xiyar - 2 dənə,

- duzlu xiyar - 2 dənə

- qırmızı bibər - 2 dənə

- qırmızı soğan - 1 dənə,

- sarımsaq - 2 diş,

- duzlu göbələk ("opyata" və ya "qruzdi", supermarketlərdə satılır) - 200 qr

- limon şirəsi - 2 xörək qaşığı,

- zeytun yağı,

- duz, istiot (zövqə görə),

- çəfəri, göy soğan.

Hazırlanma:

1. Tərəvəzlər yuyulur, təmizlənir, xırda saman çöpləri şəkildə doğranılır.

2. Soğan və sarımsaq xırda doğranılır və salata əlavə olunur.

3. Duz, istiot, limon şirəsi, xırda doğranmış cəfəri əlavə olunur və salat yaxşı qarışdırılır.

4. Zeytun yağı bir qədər qızdırılır və salata əlavə olunur. Salat yenə qarışdırılır.

Salat çox rəngarəngi və dadlı alınır.

 


 

3. Yunan salatı

b_400_255_16777215_0___images_stories_METBEX_salat3.jpeg

İnqrediyentlər:

- təzə pomidor - 2 dənə,

- təzə xiyar - 2 dənə,

- "brınza" pendiri - 100 qr

- zeytun - 50 qr

- qırmızı soğan - 1 dənə,

- kahı,

- zeytun yağı.

Hazırlanma:

1. Pomidor, xiyar və pendir 1 sm ölçüsündə kublar şəklində doğranılır.

2. Zeytun (daha iri) və soğan (çox nazik) halqalar şəklində doğranılır.

3. Salat qarışdırılır və zeytun yağı əlavə olunur.

Nuş olsun!

Saqlamolun


3829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11