Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Bu gün Kəlbəcər girovlarına hökm oxunacaq

Bu gün Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu qondarma “məhkəməsi” keçiriləcək.

Dekabrın 19-u baş tutan “məhkəmə” də prokuror girov Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, sonuncu “məhkəmə” hələ dekabrın 12-i keçirilməli idi. Lakin həmin vaxt “məhkəmə” təxirə salınmışdı. Buna səbəb isə girov Şahbaz Quliyevin səhhətdə yaranan problemlər, həmçinin “zərərçəkən” Vreja Balayanın məhkəməyə gəlməməsi olub.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.
992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı