Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Rusiyanın Su-24 təyyarələri Argentinaya uçur

“Rusiya özünün bombardımançı Su-24 təyyarələrini Argentinaya göndərmək niyyətindədir”

Bu iddia ilə “Deyli Ekspress” (“Daily Express”) qəzeti çıxış edib.

Qəzet Böyük Britaniyanın artıq Moskvanın fəaliyyətindən narazı olduğunu bildirib:

“Bu, Argentinanın hərbi potensialında radikal dəyişikliklərə səbəb ola bilər. Xüsusilə London bəyan edib ki, rus təyyarələri Buones-Ayresə britaniyalıların “Queen Elizabeth” təyyarə daşıyan gəmisindən daha tez çatacaq. Bu isə öz növbəsində Britaniyanın Folklend adalarındakı fəaliyyətini zəiflədəcək”.

Qeyd edək ki, bir müddət öncə Argentina Rusiya hərbi bazalarını öz ərazilərində görmək istədiyini bildirmişdi.

Onu da xatırladaq ki, Argentina ilə Böyük Britaniya arasında Folklend adları üzərində mübahisə 1982-ci ildən bu yana davam edir.
1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15