Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Bakının “intihar körpüsü”ndə növbəti hadisə

27 yaşlı oğlan özünü körpüdən ataraq intihar etmək istəyib

Bakının Sabunçu rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən asma körpüdə növbəti dəfə intihara cəhd olub. Gecə saatlarında 1987-ci il təvəllüdlü Məsimov Xəyal Alik oğlu asma körpüyə çıxıb və özünü atacağını bildirib. Dərhal hadisə yerinə mühafizə polisinin əməkdaşları və xilasedicilər cəlb edilib. Aparılan danışıqlardan sonra 27 yaşlı oğlan fikrindən daşındırılıb. O, polis bölməsinə aparılıb.

X.Məsimovun hansı səbəbdən intihar etmək istədiyi araşdırılır.

Qeyd edək ki, son vaxtlar Böyükşor nəqliyyat qovşağındakı bu körpüdə intihara cəhdlərin sayı xeyli artıb./lentaz/
1091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52