Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Hakerlər ABŞ-ın dövlət saytlarını dağıdıb

ABŞ Federal Təhqiqat Bürosu (FBR) bildirib ki, «Anonymous» («Anonimlər») adlı hakerlər qrupu federal agentliyin kompüter sistemini sındırıb və minlərlə vətəndaşın şəxsi göstəricilərini ələ keçiriblər.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda «Fox News» xəbər yayıb.

Məlumatlı mənbə bildirib ki, hakerlər vebsaytlar üçün nəzərdə tutulan «Adobe Systems’ ColdFusion» proqramından istifadə ediblər.

FBR-in məlumatına əsasən, ordunun,Energetika Nazirliyinin, eləc də Səhiyyə Nazirliyinin saytları dağıdılıb. Büronun bildirdiyinə görə, basqın nəticəsində dəyən ziyan daha çox ola bilər.

Mənbənin xatırlamasına əsasən, «Anonimlər» tərəfindən kiberhücumlar bir ilə yaxındır başlayıb. Bu təşkilat özünü «haktivist» adlandırır. İndiyə kimi onlar dünya üzrə çoxlu sayda dövlət qurumları və özəl saytları dağıdıb.
2004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04