Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

“Hizbullah” Livanda və regionda sabitlik amilidir

“"Hizbullah"ın Suriyadakı döyüşlərdə iştirak etməsi Livan və regionu və onun müqavimət hərəkatlarını qorudu. Əgər "Hizbullah" olmasaydı, elə Suriya problemi başlayan zamandan ölkə partlayardı. Biz Livanda və regionda sabitlik amillərindənik. "Hizbullah" Yaxın Şərq üçün nəzərdə tutulmuş yeni proyekti uğursuzluğa məhkum etdi.”

İnterAz-ın "əl-Mənar" telekanalının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bunu “Hizbullah” təşkilatının baş katibinin müavini Şeyx Nəim Qasim deyib.

O, ötən gün Beyrutda çıxışı zamanı “Hizbullah” hərəkatının Livanda və regionda sabitlik amili olduğunu deyib. Onun sözlərinə görə, “Hizbullah” İsrailin təhlükəsizliyinə xidmət edən, müsəlmanlar arasında qarşıdurmaların yaradılması ilə Fələstin məsələsini onlara unutduran və sair yeni proektləri uğursuzluğa məhkum edib.
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber