Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

İraq ordusu strateji əd-Duluiyyə rayonunu geri alıb

İraq ordusu və könüllü hərbi briqadalar Səlahəddin əyaləti ərazisində yerləşən strateji əd-Duluiyyə rayonunu "İŞİD" terror təşkilatından geri alıb.

İnterAz-ın "əl-İraqiyyə" telekanalının saytına istinadla verdiyi xəbərə görə, ordu qüvvələri könüllü briqadaların müşayiəti ilə şəhərə girdikdən sonra, burada təmizlənmə əməliyyatlarına başlayıblar.

İraq ordusu Səlahəddinin digər rayonu olan Yəsribdə də mühüm əməliyyatlar apardığını deyib. Mənbə bu rayonun azad edilməsi istiqamətində aparılan əməliyyatlarda "İŞİD"in 180 üzvünün məhv edildiyini bildirib.

Amma buna baxmayaraq, "İŞİD" terror təşkilatı əl-Ənbar əyalətində ölkənin ikinci ən böyük su səddinin yerləşdiyi Hədisə rayonuna irimiqyaslı hücum edib. Burada döyüşlər hələ də davam edir.
1032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbdəki terro