Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam aleykum, təvəssülün fəlsəfəsi nədir?

Cavab:

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allahdan bir şey istəməkdə vasitənin olmasına zərurət duyulmaması və onun bizim səsimizi asanlıqla eşitməsi və məsləhət bildiyi təqdirdə hacətimizi qəbul etməsinə baxmayaraq, Allahın özü göstəriş vermiş və ya bunu caiz etmişdir ki, onun bəndələri saleh şəxslər və ilahi övliyaları vasitə seçərək onlardan Allah dərgahına dua etmələrini və Allahın onların hacətlərini həyata keçirməsini istəsinlər.
Bu təşviq ən azı iki dəlilə əsasən ola bilər:
a) Qəbul olunmaq üçün ən yaxın yol olması
Peyğəmbər və ilahi övliyalar Allah yanında sevilən, dərin mərifət və özlərinin xalis əməlləri ilə Allah dərgahında möhtərəmdirlər. Təbii məsələdir ki, onların çətinliyə düçar olmuş bəndələr barəsindəki şəfaət, dua və vəsatəti qəbul olunmağa daha layiq və yaxındır. Həmin səbəbdən, həzrət Yəqubun (ə) övladları atalarından Allahdan onlar üçün bağışlanmaq diləməsini istəyirlər. Allah-taala günahkar bəndələrinə tövsiyə edir ki, öz tövbələrindən əlavə, Allah Rəsulundan (s) da Allah dərgahında onlar üçün bağışlanmaq diləməsini istəsinlər.
b) Yorucu və çoxsaylı təlaşların dəyərini bilmək
Sözsüz ki, özümüz və başqalarının həyatında bəzən hansısa şəxslərin digərləri üçün mühüm, həssas və təsirli işlər gördüyünün şahidi olmuşuq. Məsələn, bir nəfərgörür ki, hansısa müəllim onun övladları üçün çoxlu zəhmətlər çəkmiş və onların təlim-tərbiyəsi ilə məşğul olmuş və bəzən də onun yolunu azmış və qeyri-sağlam övladlarını düz yola yönəltmişdir və ya hansısa bir həkim övladını bütün diqqət, məharət və mehribanlığını sərf edərək ölüm təhlükəsindən xilas etmişdir, yaxud hansısa bir qonşu və ya dost onun övlad və ailəsini kamil bir fədakarlıqla odların arasından çıxarmışdır. Bu zaman o müəllim, mehriban həkim və fədakar dost elə bir məhəbbət qazanır ki, onun məktubu, yaxud sifariş və şəfaəti asanlıqla qəbul edilir.
Bu şəkildə tövsiyə qəbul etmə onun təsirli zəhmətlərinin qədrini bilmək və təşəkkür üçündür.
Başqa ifadə ilə desək, bəzən bir sıra fədakarlıqlar elə formadadır ki, adi mükafatlar onların əvəzini verə bilməz, beləliklə, ona verilən mükafatdan əlavə, həmin şəxsin başqaları haqqındakı şəfaət və sifarişi də qəbul olunur. Deyə bilərik ki, ona verilən mükafatlar nəzərinizə çatdırdıqlarımızdır. Allah da həmin şəxs nə zaman günahkar və xətakarlar barəsində şəfaət etsə, onu qəbul edir. İlahi övliyalar, xüsusən də, Peyğəmbər (s) tövhidin yayılması, şirk və bütpərəstliklə mübarizə aparmaqda göstərdikləri təlaşlara görə Allahın böyük mükafatlarına layiq görülmüşlər. Həmin mükafatların bəzisi onların günahkarlar üçün bağışlanmaq diləməsi, şəfaətləri və digərləri barədə dualarının qəbul olunmasıdır.
Allahın Rəsulu (s) bəndəçilik, insan yetişdirmək, tövhid səsinin yayılması istiqamətində hədsiz zəhmətlərə qatlaşmışdır. Özü Allaha layiqli bəndə olmaqla yanaşı, minlərlə insanı da ona bəndə olmaq yoluna doğru hidayət etmişdir. Onun nəticəsində milyardlarla insan aləmdə "La ilahə illəllah" deyir. O, öz həyatını Allah bəndələrinə xidmət, küfr və şirklə mübarizəyə sərf etmiş və Allah düşmənləri ilə mübarizədə heç bir şeyi əsirgəməmişdir. Dünyəvi və maddi nemətlərdən əl çəkmiş və Qüreyş zənginlərinin tövhiddən əl çəkməklə bağlı təklifini rədd etmiş və töhmət, ittiham və döyüş çətinliklərinə qatlaşmış, amma öz dəvətindən dönməmişdir. Allah-taalanın o həzrətin çəkdiyi zəhmətlər müqabilində onun günahkar bəndələr haqqında şəfaətini, etdiyi duasını qəbul etməsi, qıtlıq və quraqlıq illərində ona xatir çətinliyi aradan qaldırması lap yerinə düşür. Amma təəssüflər olsun ki, vəhhabilər təəssübkeşlik səbəbi ilə bu həqiqətləri dərk etmirlər.

Quranda Peyğəmbərin (s) mədh olunması
Allah-taala Quranın müxtəlif yerlərində Peyğəmbəri (s) tərifləmiş və möminlərə də bunu tövsiyə etmişdir. Aydın məsələdir ki, möminlərin belə bir şəxsə təvəssül etməsi onu mədh etmək deməkdir. Allah-taala Quranda Peyğəmbərin (s) canına and içir və belə buyurur:

لَعَمْرُکَ إِنَّهُمْ لَفِى سَکْرَتِهِمْ يَعْمَهُون

"Sənin canına and olsun, onlar öz məstliklərində sərgərdandırlar (əql və şüurlarını əldən vermişlər)!"
Allah Peyğəmbərin (s) şad olmasını istəyir və buyurur:

قَدْ نَرَى تَقَلُّبَ وَجْهِکَ فِى السَّمَاءِ فَلَنُوَلِّيَنَّکَ قِبْلَةً تَرْضَاهَ

"Biz sənin asimana intizarla baxdığını görürük. İndi səni razı olacağın bir qibləyə doğru döndəririk."
Əhli-sünnənin məşhur təfsirçisi Fəxri Razinin ifadəsi ilə desək, Allah bu ayədə belə buyurmamışdır:
قبلة أرضاها "Məni razı salan qibləyə (səni döndərirəm)." Əksinə, buyurmuşdur ki, qibləyə döndərirəm. Sanki Allah belə demək istəyir:

يا محمّد کلّ أحد يطلب رضاى و أنا أطلب رضاک فى الدّارين

"Ey Məhəmməd (s)! Hamı mənim razılığımı istəyir, mən isə dünya və axirətdə sənin razılığını istəyirəm." Dünyada xatırlatdığımız ayə qeyd olunmuş, amma axirətlə bağlı Allah belə buyurmuşdur:

وَلَسَوْفَ يُعْطِيکَ رَبُّکَ فَتَرْضَى

"Tezliklə Allah-taala sənə o qədər bəxş edəcək ki, razı qalacaqsan (yəni, sənin şəfaətini ümmətin barədə qəbul edəcəyəm)!"
Eyni zamanda, Quranda Peyğəmbər (s) mehribanlıq və rəhmli olmaq xüsusiyyətləri ilə yad edilir və buyurulur:

بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ

"O, möminlərə nisbətdə mehriban və rəhimlidir."
Peyğəmbər (s) o qədər Allaha sevimlidir ki, daimi olaraq mələklərlə birlikdə ona salam və salavat göndərir:

إِنَّ اللهَ وَمَلاَئِکَتَهُ يُصَلُّونَ عَلَى النَّبِىِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمما ً

"Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salam və salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salam və salavat göndərin və əmrlərinə tabe olun."
Eyni zamanda, əgər Peyğəmbər (s) günahkarlar üçün bağışlanmaq diləsə, Allah onları bağışlayar:

وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوکَ فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيما ً


Nəticədə, belə bir şəxsiyyətə təvəssül etmək və onu Allah yanında vasitə seçmək – Allah yanında sevilən və əzəmətli olmasını nəzərə aldıqda – bəyənilən və mədh edilən bir işdir, çünki bütün bunlar Allaha qayıdır və tövhidə təkiddir. O həzrətin Əhli-beytindən (ə) olan imamlar da Allaha bəndəçilik və Peyğəmbərə (s) olan nisbətlərinə görə Allah dərgahında seviləndirlər. Duanın qəbul olunması, çətinliklərin həlli və hacətlərin həyata keçirməsində (Allahın izni ilə) onlara təvəssül etmək də çox təsirlidir.

Allah sizə yar olsun.

1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP