Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

"İranla bağlı nəticə əldə etmək şansımız var"

Sergey Lavrov: "İranla bağlı nəticə əldə etmək şansımız var"
XİN rəhbəri hesab edir ki, İrana sanksiyalar tətbiq etməklə heç bir şeyə nail olmaq mümkün deyil

SiyasətTweet Tehranın nüvə proqramı ilə bağlı “altılıq” və İran arasında noyabrın 20-də Cenevrədə baş tutacaq danışıqlarda nəticə əldə edilə bilər. ANS PRESS-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, əgər maneçiliklər olmasa, nəticə əldə olunacağın inanır: “Noyabrın 20-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı baş tutacaq görüşdə müzakirə üçün ortaya konkret sənədlər qoyulacaq. Bu sənədlərə görə, “3+3” qrup üzvləri arasında bəzi düzəlişlər olub. Əgər biz konseptual olaraq vicdanlı yanaşsaq, ingilislər demişkən, "end game" oyunu dayandırsaq, əgər kənardan müdaxilələr olmasa, deməli bizim nəticə əldə etmək şansımız var”.

Lavrovun sözlərinə görə, İrana sanksiyalar tətbiq etməklə təzyiq göstərmək düzgün nəticə verməyəcək və bununla heç bir şeyə nail olmaq mümkün deyil. XİN rəhbəri hesab edir ki, heç yerdə sanksiyalarla nəticə əldə olunmayıb.

Xatırladaq ki, “altılıq” ölkələri (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) noyabrın 20-də Cenevrədə görüşəcək. Görüşdə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparılacaq. Tərəflər İrandan beynəlxalq sanksiyaların götürülməsi qarşılığında nüvə proqramını dinc məqsədlər üçün istifadə etməyi tələb edirlər.
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...