Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

10 ildən sonra Çin ABŞ-a güzəştə getməyəcək

"La Gaceta" nəşri Çinin sürətli inkişafına diqqət çəkib. Nəşr ABŞ-la Çin arasında kibersahədə müharibələr, ucuz Çin mallarının bazarları ələ keçirməsi və Çinin hərbi islahatları iki ölkə arasındakı əlaqələrin güc balansına təsir edən aspektlər olduğunu qeyd edib.

Pentaqonun narahatlığının ilk əlamətləri hələ 2010-cu ilə təsadüf edir. Çinin hərbi sahədə müasirləşdirmə qərarı qəbul etməsi ABŞ-ı o vaxtdan qorxuya salmışdı. Hətta ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin vitse-admiralı Robert Uillard Ağ evdən hərbi sahənin maliyyələşdirməsini tələb etmişdi.

Çində hərbi islahat prezident Si Szinpinin genişmiqyaslı layihəsidir. Bu dəfə isə hər şey ciddidir. Beş il ərzində aparılan islahatların meyvələrini isə artıq görmək mümkün olacaq. Çin on ildən sonra Pentaqona güzəştə getməyəcək. Çin iqtisadiyyatı artıq indidən ABŞ-a güzəşt etmir.

Hərbi ekspertlər güman edir ki, Çin ordusunun müasirləşdirməsi 2020-ci ildə tam bitəcək. Daha sonra Pekin Yaponiyayla ərazi mübahisələrinə əncam çəkəcək.

ABŞ-ın digər bir qorxuya salan məqam, ölkənin Çin istehsalçılarından asılılığa məhkum edilməsidir. Rəsmi Vaşinqtonun daha bir qorxusunu isə Hillari Klinton açıqlayıb. ABŞ-ın keçmiş dövlət katibi internet məkanında Çinin inkişafına işarə edərək Ağ evin qlobal strategiyasına yenidən baxılmasının vacibliyini qeyd edib.

ABŞ həmçinin ehtiyat edir ki, Çin xakerləri böyük şirkətlərin idarə sistemlərini, hökumət agentliklərini və dövlət idarələrinin internet bazasını iflic edə bilər./ans/
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber