Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

Türkiyə Güləni ABŞ-dan rəsmi olaraq istəyəcək

Türkiyə Fəthullah Güləni ABŞ-dan rəsmi olaraq istəyəcək.

"14 dekabr əməliyyatı" çərçivəsində Gülən haqqında həbs qərarı çıxaran məhkəmə polisdən qərarın həyata keçirilməsinə istəyib.

Gülən həm qırmızı bülletenlə, həm də ABŞ ilə olan ikitərəfli razılaşma çərçivəsində istəniləcək. Əgər ABŞ razılıq verərsə Fətullah Gülən Türkiyəyə gətirilərək məhkəmə qarşısına çıxacaq.

"Paralel hökumət" qurmaqda günahlandırılan Gülən bir sıra əməllərinə görə də cavab verəcək.

Qeyd edək ki, Türkiyədə "Paralel hökumət" əməliyyatı çərçivəsində keçirilən məhkəmə prosesi zamanı Fətullah Gülən haqqında həbs qərarı çıxarılıb.

Bir müddət öncə isə baş nazir Əhməd Davudoğlu əməliyyat sonrasında haqqında axtarış qərarının çıxarılacağı müzakirə olunan Fətullah Gülən barədə "qırmızı bülleten" çıxarılmasına dair açıqlamalar vermişdi.

O, Fətullah Gülən ilə bağlı istintaq orqanları tərəfindən nə lazımdırsa mütləq ediləcəyini bildirmişdi.
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08