Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

İŞİD-ə qoşulan azərbaycanlı həbs olundu

Suriya döyüşlərində iştirak edərək ötən ay Azərbaycana qayıtdığı deyilən Xaçmaz rayon Xudat şəhər sakini Nadir Əlixanov həbs olunub.

N. Əlixanov bir neçə gün öncə saxlanılıb.

O, xarici ordularda qanunsuz döyüşməkdə ittiham edilir. İddialara görə, N. Əlixanov ailəsi ilə birlikdə Suriyaya gedibmiş.

Qeyd edək ki, N. Əlixanov ötən həftə Publika.az-a müsahibə verib. O, müsahibəsində Suriya döyüşlərində iştirak etmədiyini deyib və yayılan məlumatları şaiyə adlandırıb.

“Mən 6 ay ailəmlə birlikdə Türkiyədə yaşamışam. Orda bir nəfər tanıdığım insanın evində qalmışam, həmçinin onun atasının sexində işləmişəm. İki ay öncə işlər yaxşı gətirmədi və mən evə qayıtdım. Sərhəddə mənə axtarışda olduğumu dedilər. Polis mənimlə danışıq aparıb. İndi də izlənirəm”, - o, müsahibəsində demişdi.

N. Əlixanov Suriyada olduğunu təkzib etsə də, anasının o və qardaşı haqda hüquq-mühafizə orqanlarına məlumat verdiyi deyilir. Buna səbəbsə hər iki qardaşın evdən gedərkən anasına heç bir məlumat verməməsi olub. N. Əlixanovun qardaşı Sərxan Əlixanovun da Suriyada olduğu deyilir. Lakin N. Əlixanov bunu təkzib edib, qardaşının harada olduğunu bilmədiyini açıqlayıb./publika/
1025 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11