Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

İşğalçı rejim girovlara “hökm” oxudu

Ermənilərin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qanunsuz mühakiməsi dekabrın 29-da başa çatıb. Qondarma məhkəmənin 29 dekabr prosesində Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrumetmə cəzası verildiyi elan olunub.

Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin iyul ayında Kəlbəcərdə girov götürülüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb, meyiti oktyabrda alınaraq Bakıda dəfn edilib.

İşğalçı rejimin ittihamına görə, Dilqəm Əsgərov Kəlbəcərdə erməni Smbat Sakanyanı öldürüb.

Mərhum Həsən Həsənovun isə Yerevan sakini Sərkis Abramyanı odlu silahla qətlə yetirdiyi, Kotayk vilayətinin sakini Karine Davtyanı yaraladığı iddia olunur.

Separatçı rejim hər üç şəxsin Azərbaycanın işğal altında olan bölgəsinə diversiya məqsədi ilə keçdiyini bəyan edir.
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41