Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Putin Həsən Ruhaniyə zəng edib

Rusiya prezidenti həmkarına İranın beynəlxalq münasibətlərini yaxşılaşdırmaqda ona dəstək olacağını söz verib

Dünya Rusiya prezidenti Vladimir Putin ötən gün iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi yaradıb. Əlaqə zamanı rəsmi Tehranın nüvə proqramı məsələsi tərəflər arasında əsas müzakirə mövzusu olub. "Reuters"in verdiyi məlumata görə, Putin Ruhaniyə İranın beynəlxalq münasibətlərini yaxşılaşdırmaqda ona dəstək olacağını söz verib və qeyd edib ki, rəsmi Moskva İranın uranı zənginləşdirməsi hüquqlarını tanıyır, İrana qarşı əlavə sanksiyaların tədbiqinə ehtiyac görmür.

Onun sözlərinə görə, hazırda nüvə proqramı məsələsinin öz həllini tapması üçün əsl imkan yaranıb və danışıqların uğurlu olması üçün Moskva əlindən gələni edəcək. Ruhani isə öz növbəsində İsrail və Fransa rəhbərliyinin sərt mövqeyi ilə əlaqədar narahatçılığını bildirib. Ruhani qeyd edib ki, hər iki dövlətin ağır tələbləri danışıqların uğurlu nəticəsində kölgə sala bilər. "Şərtlər bizim iradəmizə zərbə vurmamalıdır".
1910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber