Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2014

“Mövsüm Səmədov bizim liderimizdir, biz onunla fəxr edirik”

2011-ci il yanvarın 2-də AİP-in Baş Məclisinin növbəti toplantısı keçirildi. Bu yığıncaqda 200 nəfərdən çox islamçı partiyanın sədri Mövsüm Səmədovun məşhur çıxışını dinlədi. Haçı Mövsüm ölkədə korrupsiya və rüşvətxorluq hallarnı kəskin tənqid edərək bu bəlanın fəsadlarından bəhs etdi. Həmin çıxışdan cəmi 5 gün sonra Mövsüm Səmədov saxta ittlhamlarla həbs olunaraq 12 il azadlıqdan məhrum edilməklə cəzalandırıldı.

Yanvar olaylarının üzərindən hazırda 4 il ötür. İslaminsesi.org saytı bu kədərli hadisənin ildönümü ilə bağlı AİP-in sədr əvəzi hacı Elçin Manafovdan müsahibə götürüb.

-Hakimiyyətin Mövsüm Səmədovdan bu qədər ehtiyat etməsi onun şəxsiyyətinə olan marağı daha da artırır. Sizcə o, əslində kimdir, insanları hansı xüsusiyyəti ilə bu qədər cəlb edə bilir?

- Mövsüm Səmədov ilk növbədə şəxsiyyətdir, nüfuzlu din xadimi, mübariz insandır. Bir neçə gündən sonra, yəni yanvarın 2-də onun məşhur çıxışından 4 il ötür. Onun istər partiyada, istərsə də cəmiyyətdə yeri çox görünür. Hacını çox böyük nüfuza, hörmətə layiq bir insan kimi tanıyıram. O başqalarından, təkcə nəcibliyi ilə deyil, eyni zamanda, mənəvi-əxlaqi keyfiyyətləriylə də seçilir. İndi də zindanda olmasına rəğmən, insani keyfiyyətləri, bəlağətli nitqi, gözəl xasiyyəti ilə diqqətləri cəlb edir, özünə qarşı güclü maraq oyadır. Ona görə də, insanları maqnit kimi oz ətrafına çəlb edə bilir və hamı, hər zaman onun hörmətini saxlayır.

Lider kimi doğulan insanlar üçün şəraitin fərqi yoxdur. Belə şəxsiyyətlər öz əxlaqi xüsusiyyətləri və mübariz xarakterlərinə görə həmişə öndə gedirlər. Hakimiyyət zindana salmaqla onu artıq cəmiyyətdən təcrid etdiyini düşündü. Onun həbs olunmasında da əsil məqsəd tədric etmək, onu xalqın yaddaşından silmək idi. Amma hər dəfə gördülər ki, zindanları dəyişməklə, onu “karsa” salmaqla, görüş verməməklə, sadəcə, onun insanlarla fiziki rabitə imkanlarını məhdudlaşdırmağa nail olurlar. Amma unutdura bilmirlər, getdikcə hər zaman daha da artır.

Çünki Mövsüm Səmədov istənilən şəraitdə və mühitdə öz haqq sözünü deyən adamdır. O indi ürəklərdə, qəlblərdə daha böyük hörmət, məhəbbət qazanıb. Hacının hər dəfə şəraiti çətinləşdikcə, təzyiqlər artdıqca və sınaqları çoxaldıqca, o bu imtahandən başıuca çıxır. Zindanda bu sınaqları yaşadıqca insanların gözündə əsil nümunəyə, din fədaisinə çevrilir. Onun mətinliyi, mənəvi möhkəmliyi zərrə qədər azalmayıb. Çətinlilklər onu cismən zəiflətsə də, iradəsi, daxili inamı günbəgün daha da möhkəmlənir. O bizim liderimizdir. Biz onunla fəxr edirik.

-Onun tarixi çıxışında zaman-zaman çoxlarının səsləndirdiyi tənqidi fikirlər yer alıb. Bu isə həbsin arxasında başqa müəmmanın gizləndiyindən xəbər verir. Sizə elə gəlmirmi, AİP sədrinin çıxışı dövlət başçısına təhrif olunmuş və qərəzli şəkildə təqdim olunub?

-Bəli, bu məsələ ictimaiyyət arasında da vurğulanır. Son zamanlar gördük ki, Hacı həmin çıxışına açıqlama gətirdi ki, mən ümumi maraqları nəzərə alaraq o tənqidi fikirləri səsləndirmişəm. Çıxışımda səxsi mötivlər, qərəz niyyəti olmayıb.Bununla da öz böyüklüyünü göstərdi ki, fikirləri şəxsi məsələlərlə deyil, Azərbaycanın problemləri ilə bağlı olub. AİP sədri bütövlükdə ölkədə gedən proseslərə, mənfi hallara qarşı öz mövqeyini bildirib. Bu prinsipial mövqeyindən isə bu gün də geri çəkilməyib və məhbəsdə belə, cəmiyyətin maraqları uğrunda mübarizəsini davam etdirir.
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34