Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

ABŞ İsrailin sadiq nökəri olduğunu bir daha sabit edəcək

ABŞ Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcək.

“Reuters” agentliyinin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.

O, adıçəkilən qətnamə layihəsini qeyri-konstruktiv adlandıraraq, sənəddə İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunmadığını bildirib.

Məlum olduğu kimi, dekabrın 17-də BMT Təhlükəsizlik Şurasına müstəqil Fələstin dövlətinin yaranmasına dair qətnamə daxil olub. Qətnamə layihəsini İordaniya irəli sürülüb. Qətnamə layihəsinə əsasən İsrail 2016-cı ilin noyabrınadək qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Fələstin mənbələrinə görə, BMT Təhlükəsizlik Şurası məsələyə yaxın günlərdə baxacaq.
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50