Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

3 ölkədə Ebola xəstələrinin sayı 20 mini keçdi

Ebola xəstəliyinin ən çox yayıldığı 3 ölkədə xəstələrin sayı 20 mini keçərək 2081 oldu. Ölənlərin sayı isə 7842-dir.

Xəbəri Dünya Səhiyyə Təşkilatı verib.

Təşkilatın nəzərdə tutduğu 3 ölkə Syerra Leon, Liberiya və Qvineyadır.

Qeyd edək ki, xəstəlik hallarının 33 faizindən çoxusu Syerra Leonnun payına düşür.

Xatırladaq ki, ilk olaraq 1976-cı ildə Kongoda görülən və adı Afrikadaki bir göldən götürülən ebola virusü ishal, qanama, dəri töküntüləri və yüksək bədən temperaturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.

Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asan keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və digər meymunlarda aşkarlanır.

Bütün səylərə baxmayaraq xəstəlik 2015-ci ildə də insanlıq üçün təhlükəsini qorumaqdadır.
1201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31