Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

Ukraynada ölü sayı 4771-ə çatdı

Ukraynanın şərqində silahlı münaqişə nəticəsində 4771 nəfər həlak olub.

Bu haqda BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.

Təşkilat hesablayıb ki, 2014-cü il apreldən döyüş hərəkətlərinin gedişatında 4771 insan həlak olub.

“Bu il Ukraynada münaqişə vaxtı 4 771 nəfər ölüb. Bura Malayziya təyyarəsində həlak olmuş 298 sərnişin də daxildir. Yaralıların sayı isə 10 360 nəfərdir”, - deyə hesabatda bildirilir.

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur.

Məlumatlara görə,15 dekabrda ölənlərin sayı 4707 insan təşkil edirdi.
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41
Sumqayıtda 5 m