Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

Goranboyda müəllimlərin maaşlarının yarısı əllərindən alındı

Təhsil Şöbəsinin müdiri Maliyyə Nazirliyindən gəlmiş yoxlamanı yola salmaq üçün işçilərinin pullarını kəsib

Goranboy təhsilində biabırçı vəziyyət yaşanır. Buna səbəb rayon Təhsil Şöbəsinin rəhbərliyinin müəllimlərin əmək haqlarının yarısını əlindən almasıdır.

Məlumatda deyilir ki, ötən həftədən etibarən Goranboy Təhsil Şöbəsinin müdiri bütün müəllimləri maaşlaarının yarısını ona verməsi ilə bağlı tapşırıq verib. Belə ki, bunu da rayona Bakıdan gəlmiş yoxlamanı yola salmaq üçün çoxlu miqdarda pul lazım olduğu ilə əsaslandırıb. Elə bu səbəbdən də rayon müəllimlərinin maaşlarının yarısı məcburi qaydada tutulub.

Sözügedən rayonun təhsil sektorunda Maliyyə Nazirliyinin işçiləri yetərli qədər ciddi maliyyə pozuntuları aşkarlayıblar. Üstəlik, Goranboyda adı olub, özü olmayan bir məktəb də aşkarlayıblar. İddia edilir ki, həmin məktəbin binası sökdürülərək, rayondakı abadlıq işlərində sərf olunub.

Maraqlı məqamlardan biri odur ki, rayona yoxlamaya gəlmiş Maliyyə Nazirliyinin işçiləri həqiqətənmi Təhsil Şöbəsindən külli miqdarda pul istəyib? Yoxsa, bu təhsil şöbəsinin müdirinin növbəti kələyidir? Elə rayon müəllimlərini düşündürən əsas məqamda budur./jam.az/
1099 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı