Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

İraq ordusu Tikritin сənubunda İŞİD-in 27 silahlısını məhv edib

İraq ordusu könüllü briqadaların müşayiəti ilə Səlahəddin əyalətinin inzibati mərkəzi olan Tikrit şəhərinin və əyalətin Samirra şəhərinin cənubundakı iki bölgəni "İslam Dövləti (İŞİD) terror təşkilatının silahlılarından azad edib, 27 terrorçunu məhv edib. Ordu qüvvələri burada terrorçulara ağır zərbə endirib. Əməliyyatlar nəticəsində azad edilmiş iki bölgədə 40-dan artıq mina zərərsizləşdirilib.

"Sumaria" agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli təhlükəsizlik mənbələri məlumat veriblər.

Hökumət ordusu əl-Fəllucə şəhərinin şərqindəki əl-Kərramə rayonu ərazisində də İŞİD-ə ağır zərbələr vurub.

Bununla belə, ordu ölkənin əl-Ənbar əyaləti ərazisində İŞİD-in əks hücumlarında itki verib.

Hazırda İraqın əl-Ənbar, Səlahəddin, Neynəva, Kərkük və Diyala əyalətlərində İŞİD-ə qarşı hərbi əməliyyatlar aparılır./SalamNews/
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber