Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

40% halda xərçəngin qarşısını almaq olar

Böyük Britaniyadan olan mütəxəssislər bildirirlər ki, 40 faizdən çox halda xərçəng xəstəliklərinin qarşısını asanlıqla almaq olar, çünki xəstəliklərin əsasını qeyri-sağlam həyat tərzi təşkil edir.
Başqa sözlə, ağır onkoloji pozuntulardan əziyyət çəkən pasentlərin təqribən yarısı öz sağlamlıqlarını bərpa edə bilər. Queen Mary University və Cancer Research UK Universitetindən olan mütəxəssislər güman edirlər ki, əgər pasientlər sağlam həyat tərzinə riayət etsə idi, 600 min halda xərçəngin əmələ gəlməsindən qaçmaq mümkün olardı.
Məsələn, siqaret çəkmək onkoloji xəstəliklərin yaranmasına təsir göstərən qarşısı alına biləcək səbəblərdən biridir.
Son beş ildə zərərli vərdişlər səbəbindən bədxassəli törəmələrin miqdarı 314 min hala qədər artıb. Əgər insan balanslaşdırılımış və sağlam qida ilə qidalanarsa, xərçəngin inkişafı ilə bağlı təqribən daha 145 min halın qarşısını almaq olar.
Ən effektiv məhdudlaşdırıcı kompleks məhdud miqdarda duz və qırmızı ətdən istifadəyə əsaslanan pəhrizlərdir.
Məlum olub ki, əgər düzgün bədən kütləsi saxlanarsa, 88 minə yaxın halda xəstəliyin qarşısını almaq mümkündür. Dərinin mühafizəsi, alkoqollu içkilərdən imtina və müntəzəm olaraq idmanla məşğul olmaq insan bədəninin möhkəmlənməsinə səbəb olur və beləliklə,onkoloji xəstəliklərin yaranma riski kifayət qədər azalır.
1016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...