Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

“Mövsüm Səmədovun dedikləri yalnız həqiqətə söykənirdi”

Yanvarın 2-də AİP-in hazırda həbsdə olan sədri Mövsüm Səmədovun Ali Məclisin toplantısinda etdiyi məşhur çıxışından 4 il ötür. Məhz həmin çıxışdan 5 gün sonra o, şərlənərək həbsə atıldı. Hacının o görüşdə iştirak edən yaxın silahdaşları çətin, ağır sınaq dönəmini təkcə kədərlə deyil, həm də qürur hissi ilə yada salırlar.
İslaminsesi.org-un suallarını AİP Xaçmaz rayon komitəsinin sədri Mirrauf Mirməmmədov cavablandırır.

-Siz Mövsüm Səmədovu xalq hərəkatı dövründən tanıyırsınız. Onun gənclik illərindəki dini -siyasi fəaliyyətini necə xatırlayırsınız?

-Bismilləhir Rahmənir Rahim
Mən Hacı Mövsüm Səmədovla 90-ci illərin əvvəllərində tanış olmuşam. Onu ilk gündən vətənpərvər, mübariz, haqq-ədalət tərəfdarı kimi tanımışam. Biz Xaçmazda, o isə Qubada xalq hərəkatı sıralarında idi. Qonşu rayonlarda yaşadığımızdan bir-birimizin fəaliyyətindən xəbərimiz var idi.
Dana sonra Mövsüm İslam partiyasının bünövrəsini qoyanlardan biri oldu. Biz çiyin-çiyinə verərək bu istiqamətdə birlikdə çalışırdıq. O, partiyanın ilk konfranslarından çox aktiv bir siyasətçi kimi özünü tanıtdı və dini-elmi təhsil almaqla, öz gələcək mübarizə yolu üçün zəmin yaratmış oldu. Qısa zamanda liderlik keyfiyyətlərini elm-dini potensialla zənginləşdirərək öz layiqli yerini tutdu, nüfuzlu bir partiyaya başçılıq etməyə başladı.

-Mövsüm Səmədov partiya sədri kimi ilk növbədə hansı məsələləri hədəf olaraq irəil sürürdü?

-Hacı ilk gənclik illərindən azadlığının son gününədək hamını dini maariflənməyə dəvət edirdi. O daim bu yolda çalışır, cahillik və fanatizmə qarşı təbliğatı fəaliyyəti genişləndirməyi komitə sədrlərinə əsas hədəf olaraq göstərirdi. O hər zaman deyirdi ki, cəmiyyətdəki bəlalar hamısı ondan irəli gəlir ki, insanlar Allahın göstərdiyi yolla getmirlər. Çünki bu yolu tanımırlar. Bütün müsəlmanlar nurlu bir bələdçi rolu oynayan Qurani-Kərimi oxuyub dərindən dərk etsələr, nicatlarının harda olduğunu da görəcəklər. Amma əksəriyyət elə düşünür ki, Qurani-Kərim yalnız yas məclislərində oxunmaq üçündür. Bilmirlər ki, Allah bunu insanların oxuması, həyatı dərk etməsi və düzgün yol tutmaları üçün göndərib. Hacı Mövsüm ürəyiaçıq insan olsa da harama və yalana qarşı dözümsüzdü. Lakin insanlara qarşı hər zaman mərhəmətli, ədalətli davranar, onların arasında fərq qoymazdı. 

-Siz onun həbsinə səbəb olan, məşhur çıxışını etdiyi Baş Məclisin toplantısında iştirak etmisiniz?

-1911-ci ilin yanvar ayının 2-də mən həmin iclasda idim. Biz diqqətlə hacının çıxışına qulaq asdıq. Bu çıxışda həqiqətdən kənar heç nə yox idi. Tarixən hər zaman belə olub, həqiqət həmişə acıdır. Onlar məhz həqiqəti dediyinə görə AİP sədrini həbs etdilər. Onun çıxışında qərəzli hec nə yox idi. O, dedikləri də tam səmimi idi. Mən düşünmürəm ki, prezidentin bütün informasiyalara qulaq asmağa vaxtı var. Şübhə etmirəm ki, haçı haqqında sözügedən məlumat ona qərəzli şəkildə çatdırılıb və Hacının həbsi də bununla əlaqəli olub.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber