Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

"ABŞ cavab verməlidir"

ABŞ cavab verməlidir, Timoşenko isə azadlığa buraxılmalıdır

Almaniya Federal Məclisi (Bundestaq) ABŞ Milli Təhlükəsizlik İdarəsinin (NSA) telefonları dinlədiyi və elektron məktubları izlədiyi iddialarına dair xüsusi iclas keçirib.

FaktXəbər-in məlumatına görə, Federal Məclisin NSA-nın casusluq fəaliyyətlərinə dair keçirdiyi xüsusi iclasa qatılan və Avropa Birliyi (AB) Zirvəsindən əvvəl hökumət adından açıqlama verən baş nazir Angela Merkel ABŞ-dan dinləmə ilə əlaqədar iddiaları cavablandırmasını istəyərək, avroatlantik ölkələr arasındakı etibarın yenidən qazanılması üçün bunun lazımlı olduğunu deyib.

Daha sonra Avropa Birliyi və Ukrayna arasında imzalanacaq birgə razılaşması ilə əlaqədar da danışan Merkel Ukraynanın hələ atılması lazım olan ciddi addımları olduğunu söyləyib. Merkel Ukraynada həbsdə saxlanan müxalif lider Yuliya Timoşenkonun məsələsinə də bilvasitə toxunaraq, onun azadlıqda olmasının vacibliyini vurğulayıb.
1783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP