Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

"İŞİD" tutduğu azərbaycanlılar barəsində hökmü icra edib

“İŞİD" 10 gün öncə Suriyanın ər-Riqqa əyaləti ərazisində “fərarilik” və “xəyanət” də ittiham etdiyi və tutduğu 4 azərbaycanlını cəzalandırdığını deyib.

Bu barədə İnterAz “İŞİD” terror təşkilatının rəsmi aylıq məcəlləsi hesab edilən “Dabiq”ə istinadla məlumat verib. Bildirilib ki, “İŞİD” tərkibində olan bu şəxsləri “şəriət”ə uyğun cəzalandırılıb.

Qeyd edək ki, dekabrın 20-də "İŞİD" 4 azərbaycanlının etiraflarını əks etdirən videolent yayımlamışdı. "İŞİD" terror təşkilatı videolentin sonunda azərbaycanlıların Maidə surəsinin 33-cü ayəsinə (Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir) əsasən cəzalandırılacağını bildirmişdi.

Azərbaycanlıların edam edildiyi daha çox ehtimal edilir.
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...