Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

Qorbaçov qərbə necə satıldı?

Böyük Britaniya Milli Arxivi bu gün açıqladığı sənədlərlə otuz il qabaq Mixail Qorbaçovla Marqaret Tetçerin arasında baş vermiş görüşün məxfi sənədlərini açıqlayıb.

1984-cü ilin oktyabr ayında Marqaret Tetçerin şəhərətrafı iqamətgahında keçirilmiş görüş zamanı Qorbaçov hələ SSRİ-nin rəhbəri olmayıb. O, Sovet İttifaqı Kommunist Partiyasının Partiyasının (SovİKP) Mərkəzi Komitəsinin (MK) katibi imiş. SovİKP MK-nin birinci katibi Çernenko xəstə olduğundan Londona gedə bilməyib və Qorbaçov onu əvəz edib.

Britaniya Milli Arxivi görüşdən sonra Marqaret Tetçerin yazdığı qeydləri açıqlayıb. Tetçer yazıb: “O, özünü nisbətən açıq və anlayışlı aparır. Mən əminəm ki, onunla iş görə bilərik. Əslində, o mənim xoşuma gəldi”.

Məhz bundan sonra Marqaret Tetçer ABŞ prezidenti Ronald Reyqana zəng edərək Qorbaçovu tərifləyib.
939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi