Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Maştağadan qaçan ruhi xəstələr tutuldu

Noyabrın 15-də Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserindən qaçan 4 nəfər tutulub.

Virtualaz.org xəbər verir ki, vesti.az bu barədə məlumatı Sabunçu rayon Polis İdarəsinə istinadən yayıb. Məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinən 4 nəfər elə Sabunçu rayonu ərazisində yaxalanıblar.

Qeyd edək ki, həmin xəstələrdən biri Suraxanı rayonu ərazisində qadına hücum etmişdi.

Xatırladaq ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçmışdılar.
14913 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05
30% şagird 10-11-