Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Azərbaycanda şagird özünü öldürdü

Zaqatalada 11-ci sinif şagirdi intihar edib.

Zaqatala Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində baş verib.

Zaqatala rayonu Danaçı kənd sakini, 1996-cı il təvəllüdlü Ayzanat Yusif qızı Mehdiyeva özünü yaşadığı evdə asaraq intihar edib.

A. Mehdiyevanın hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Zaqatala Rayon Prokurorluğundan APA-ya o da bildirilib ki, Ayzanat Mehdiyeva Danaçı kənd orta məktəbinin 11-ci sinif şagirdidir.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
1849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP