Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

Fələstinin suverenliyinə dair qətnamə BMT TŞ-də qəbul olunmadı

BMT Təhlükəsizlik Şurası Fələstin məsələsinə dair qətnamə layihəsini qəbul etməyib. İclasda sənədin qəbulunu təmin edəcək 9 səs toplamaq mümkün olmayıb.

Qətnamə layihəsini Rusiya daxil olmaqla yalnız 8 dövlət dəstəkləyib, əleyhinə iki dövlət – ABŞ və Avstraliya çıxış edib. Daha beş ölkə bitərəf qalıb.

“TASS”ın verdiyi xəbərə görə, sənəd müstəqil Fələstin Dövlətinin yaradılmasını və Fələstin-İsrail münaqişəsinin tam nizamlanması üçün 12 ay müddət nəzərdə tutur. Qətnamə layihəsi həmçinin Fələstin Dövlətinin suverenliyinin təminatçısı olacaq “üçüncü tərəfin” nəzarəti altında 2017-ci ilin sonunadək İsrail qoşunlarının Fələstin ərazilərindən çıxarılmasını nəzərdə tutur.

Bundan başqa, sənəddə Şərqi Qüds də daxil olmaqla İsrailin 1967-ci ildən bu vaxtadək nəzarətinə keçmiş Fələstin torpaqlarında məskunlaşdırılma fəaliyyətinə tamamilə son qoymasının vacibliyi qeyd edilib./apa/
979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16