Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

Türkiyədə etirazlar

Türkiyədə yenidən toqquşmalar baş verib.

Ötən gün gecə saatlarında Şırnak vilayətinin Silopi rayonunda bir qrup aksiyaçı Cizrədəki PKK-çılarla Hür Dava Partiyasının kürd fəalları arasında baş verən toqquşmaları bəhanə edərək etiraz çıxışları ediblər.

Etirazçılar Silopi rayonu Yaşıltəpə məhəlləsindəki yolu bir müddət bağlayıblar. Aksiya meydanına gələn polis qrupları “dağılın” komandası verib, lakin fəallar buna əhəmiyyət verməyib.

Polislər də onları dağıtmaq üçün bibər qazı və təzyiqli su ilə müdaxilə etməli olublar. Ara küçələrə qaçan etirazçılar “molotof kokteyli” ilə polisə qarşılıq veriblər./ans/
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...