Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

12 dəqiqəlik çıxışa görə 12 illik həbs cəzası

Yanvarın 2-də AİP sədri Mövsüm Səmədovun Baş Məclisdə etdiyi tarixi çıxışından 4 il ötür. Bu çıxış zamanı hacı Mövsüm ölkə daxilindəki ictimai-siyasi vəziyyəti təhlil edib, mövcud nöqsanları tənqid etməklə çatışmazlıqları dövlət başçısının diqqətinə çatdırdı. AİP Baş Məclisinin həmin yığıncağından 5 gün sonra Mövsüm Səmədov qondarma ittihamlarla həbs olundu. Hacının əqidə dostları onun haqqında ürək sözlərini, 2 yanvar iclasında baş verənlərlə bağlı fikirlərini İslaminsesi.org saytı ilə bölüşüblər. Bu qəbildən olan növbəti müsahibimiz AİP-in MNTK sədri Hacı Fəyyaz Nəbizadədir:

-Hacı, siz Mövsüm Səmədovla nə vaxtdan tanışsınız?

-Bismilləhir Rahmənir Rahim.
Mən hacı Mövsümü uzun müddətdən bəri, 20-25 il olar ki, tanıyıram. O, olduqca imanlı, təqvalı, əxlaqlı bir insandir. Hacı həm də ali təhsilli həkim kimi də fəaliyyət göstərirdi. Bu sənətlə kifayətlənməyib, sonradan dini təhsil alaraq doğma vətənində xalqın dini maariflənməsi istiqamətində də yorulmadan çalışmağa başladı. O qədər təqvalı dindar idi ki, ətrafında olanlar, biz hamımız, hətta onunla ilk dəfə görüşənlər belə istər-istəməz onun təsirinə düşür, onun kimi olmağa səy göstərirdi.

-AİP sədrinin dini fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Hacı Mövsümün əsas məqsədlərindən biri Quran maarifçiliyi istiqamətində təbliğat işlərini gücləndirmək idi. Hacı bir müddət Fətimeyi-Zəhra məscidində Quran dərsləri verdi. Onun dərslərinə və moizələrinə maraq elə güclü idi ki, namazdan sonra məsciddə ayaq basmağa yer tapılmırdı. Lakin sonradan məscidə güclü insan axınının olması müəyyən dairələri narahat etməyə başladı və bu dərslər qadağan edildi. Hacı partiyaya rəhbərlik etdiyi müddətdə İslamın inkişaf etməsi, təbliğ olunması, o cümlədən cəmiyyətdəki problemlərə də həmişə diqqət yetirirdi. O, partiyanın bütün məsələlərində təkbaşına qərar verməyi xoşlamazdı, daim məclis üzvlərinin fikirləri ilə maraqlanar, məsləhətləri dinləyərdi.

-Onun kəskin çıxışı sonradan azadlığını itirməsi ilə nəticələndi. Bununla bağlı nə deyə bilərsiniz?

-Bilirsiniz, mən onun tutulmasını bu çıxışı ilə əlaqələndirmirəm. Ondan sonra mən dəfələrlə müxalif düşərgə mənsublarının ondan da sərt çıxışlarının, hökuməti “yıxıb-sürüyən” yazılarının şahidi olmuşam. Onlara bu çıxışlarına yaxud qəzet yazılarına görə söz deyən olmayıb. Amma Mövsüm Səmədova 12 dəqiqəlik çıxışına görə 12 il iş verdilər. Necə deyərlər, hər dəqiqə üçün 1 il çəza kəsdilər. Əslində AİP sədrini cəmiyyətdəki nüfuzuna görə həbs etdilər. Bütün respublikada onu dəstəkləyənlərin sayı-hesabı yoxdur. Özünüz nəticə çıxarın: meriya istənilən siyasi quruma mitinq keçirməyə icazə verir, amma AİP-in müraciətini mənfi cavablandırır. Niyə? Çünki partiyanın və onun sədrinin ölkədəki hədsiz nüfuzundan narahatdırlar. Lakin bundan narahatlıq keçirən dairələr bir seyi unudurlar ki, sülh dini olan İslamın adını daşıyan bir partiya ölkədə xaos və gərginlik yaranmasına heç bir vəchlə razı olmaz. Çünki islamçılar vətəni və milləti canlarından artıq sevirlər. Bu sevgini bütün gənc üzvlərimizə məhz liderimiz hacı Mövsüm Səmədov aşılayıb. Allah tezliklə onun və digər dindar qardaşlarımızın qapısını açsın...
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı